Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək.
Lent.az xarici KİV-ə istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir.
Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqda bir şəhərdə yaşadığını deməsi və oradakı həyatı barədə məlumatlar verməsi reenkarnasiyanın ən parlaq nümunəsidir. Valideynlərinə əvvəlki adının Luqdi olduğunu və 1925-ci ilin oktyabrında bir körpə dünyaya gətirdikdən sonra öldüyünü söyləyən Şanti, yaxınlarının düşündüyü kimi, sadəcə xəyalpərəst uşaq deyildi.
Əvvəlki həyatında yaşadığı şəhər və məhəllə haqqında çox ətraflı məlumat verən Şanti 9 yaşına çatanda tacir əri haqqında da danışmağa başlayır. Onun gözlüklü bir adam olduğunu deyən Şanti, nəhayət ərinin adını da söyləyir. Və onların bir ailə dostu Şantinin iddialarını araşdırmaq qərarına gəlir.
Şantinin bəhs etdiyi adamı tapan ailə dostları, onu yoxlamaq üçün həmin kişini deyil, onun qohumunu gətirirlər. Hər kəs ona “bu sənin bəhs etdiyin adamdır” desə də, Şanti bu adamın ərinin əmisi oğlu olduğunu bildirir. Həyat yoldaşı Nath Şantinin öz həyatı ilə bağlı verdiyi bütün cavabların 100 faiz doğru olduğunu deyir. Şanti əri və 10 yaşlı oğlu ilə bir neçə gün keçirdikdən sonra ailəsinə israr edərək əvvəlki həyatında yaşadığı evi ziyarət edir.
Şanti Devi Hindistan lideri Mahatma Qandinin də diqqətini çəkir və 1935-ci ildə bir çox tədqiqatçı ilə birlikdə onun ailəsini araşdırmaq üçün bir komissiya qurulur. Şanti 50 nəfər qohumlar arasından əvvəlki valideynlərini asanlıqla tapa bilir.
Şanti qərar verir ki, burada qalsın. Amma valideynləri buna icazə vermir və onu öz yanlarına aparırlar.
Şanti Devi 61 yaşa qədər yaşayır və ölənə qədər evlənmir.