İki ayda iki dəfə cekpot qazanan  qadın sirrini açdı
27 noyabr 2024 18:41 (UTC +04:00)

İki ayda iki dəfə cekpot qazanan qadın sirrini açdı

ABŞ-da Merilend ştatının sakini iki ay ərzində iki dəfə lotereya udaraq 150 min dollar qazanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, noyabr ayında bir qadın hər birinin qiyməti 10 dollar olan beş ani tiraj bileti alıb. Biletlərdən biri ona 100.000 dollar qazandırıb. Eyni zamanda, oktyabr ayında o, 50 min dollarlıq da cek-potu vurub.

Dövlət lotereyasının təşkilatçıları ilə danışan şanslı amerikalı uduş strategiyasını açıqlayıb. O, Merilend Lotereyasının mobil proqramını diqqətlə öyrəndiyini və mümkün qədər çox yüksək mükafatların hələ oynanılmadığı rəsmləri seçdiyini söyləyib.

Qadın aldığı pulun bir hissəsini evin təmirinə xərcləyəcəyini də bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501
avatar

Oxşar yazılar