II Yekaterinanın qızıl möhürü Britaniyada hərracda satılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya İmperatoru II Yekaterinaya məxsus qızıl möhür Böyük Britaniyada keçirilən hərracda təxminən 28 min dollara satılıb.
“Möhür 1780-ci illərə aiddir, ondan Rusiya imperator sarayında rəsmi möhür kimi istifadə olunurdu”, - xəbərdə bildirilir.
Qeyd olunur ki, 22,9 min funta (27,7 min dollar) satılan möhürdə şir və at təsvir edilib. O, kəsici Çarlz Braun tərəfindən yaradılıb.
Nəşr bildirir ki, möhürü köhnə peçenye qutusunda zərgərlik eksperti Deysi Hartli əmlakı qiymətləndirərkən tapıb.