İflic olmuşdu,  musiqi ilə sağaldı
19 aprel 2023 17:40 (UTC +04:00)

İflic olmuşdu, musiqi ilə sağaldı

Böyük Britaniyanın Lankaşir əyalətinin Bləkpul şəhərinin sakini 2022-ci ildə iflicə tutulub. 

Lent.az “Lancs Live” portalına istinadən xəbər verir ki, 71 yaşlı İan Palmer əzələ zəifliyinə, həssaslığın pozulmasına və sinir sistemində problemlərə səbəb olan kəskin otoimmün iltihabi xəstəlikdən əziyyət çəkirmiş. 7 ay xəstəxanada yatan, normal yeriyə və danışan bilməyən bu adamın həyatında möcüzə baş verib. 

Bu zaman Palmer adlı şəxs “The Carpenters” musiqisini dinləyib və heç gözləmədiyi anda sağalıb. 

Məlumata görə, nevroloji müalicə mərkəzi olan “Sue Ryder” iflic xəstəsini müalicə etmək üçün musiqi terapiyasından istifadə etmək qərarına gəlib. Həkimlər ona sevimli musiqi yazılarından istifadə edərək oxumağı və meditasiya etməyi öyrədiblər. 

Palmer etiraf edir ki, əvvəlcə təklif olunan terapiyaya şübhə ilə yanaşıb. Amma sonra həkimlərin tövsiyələrinə əməl edib və hər axşam amerikalı “The Carpenters” duetinin musiqisini dinləməyə başlayıb. Bu terapiya tədricən nəticəsini verməyə başlayıb. O, yenidən yeriməyi öyrənib və indi gündə üç kilometr qət edə bilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2079
avatar

Sevinc Fərid

Oxşar yazılar