Volf Messinq kimi Hitler tərəfindən öldürülməyə çalışılan neçə telepat olub? Bəs, niyə Hitler Volf Messinqi öldürtməyə çalışıb?
Lent.az xarici KİV-ə istinadən Volf Messinqin həyatı ilə bağlı sirlərə nəzər salır.
Volf Messinq
Tam adı Volf Gregoreviç Messing olan məşhur rus telepatı 10 sentyabr 1899-cu ildə Polşada kasıb bir yəhudi ailəsində anadan olub. Hitlerin Volf Messingi yəhudi olduğu üçün öldürtməyə çalışdığını düşünürsünüzsə, yanılırsınız. Məsələ bir az daha mürəkkəbdir. Amma əvvəlcə Volf Messinq haqqında bir az danışaq. Məşhur telepat öz istedadını ailəsi onu dini təhsil alaraq ravvin olmaq üçün məktəbə göndərmək istədiyi zaman evdən qaçması ilə kəşf edib.
Cibində bilet belə olmadan bir gün qatara minməyə çalışan Messinq, nəzarətçini görəndə həyəcanlanır. Nəzarətçini qəzetin "bilet" olduğuna inandıran Messinq, istedadını qatarda kəşf edir.
Volf Messinq
Berlinə getdikdən sonra sirkdə işləməyə başlayan Messinq, burada itən əşyaları tapmaqla məşhurlaşır. Bu nüfuzdan sonra bir çox məşhurlarla birlikdə gəzməyə və işləməyə başlayır. Turlar zamanı Eynşteyn, Freyd və Qandi kimi məşhurlarla tanış olur. Eynşteynin sayəsində Freydlə tanış olan və bu ikisinin rəhbərliyi altında müxtəlif telepatiya təcrübələrinə qatılan Messinq özü də təcrübələr edirdi.
İkinci Dünya Müharibəsindən bir neçə il əvvəl Hitler Messinq haqqında ölüm hökmü verir. Hətta Messinqi tutanlara 200 min alman markası verəcəyini də açıqlayır. Hitleri bu qədər narahat edən isə Messinqin proqnozları idi.
Proqnozda deyilirdi: "Böyük bir müharibə olacaq. Nasistlər Avropanı ələ keçirəcək, amma Hitler Şərqə hücum edərsə, bu onun sonu olacaq. Müharibə 1945-ci ilin mayında sona çatacaq. Sovet tankları Berlini çeynəyəcək..."
Volf Messinq
Bu proqnozdan sonra Messinq tutulur, amma ölmür. Deyilənlərə görə, telepatiya yolu ilə saxlanıldığı kameradan əlini-qolunu sallayaraq çıxır. Qaçdıqdan sonra Sovet İttifaqına sığınır və Rusiyada nümayişlər təşkil etməyə başlayır. Hətta bir nümayiş zamanı Stalinin adamları Messinqi onun qarşısına çıxarırlar. Bir müddət sonra bankdan oğurluq etməsi istənilir. Stalinin əmri ilə Moskvadakı bir dövlət bankından 100 min rubl almağa çalışır.
Banka girən Messinq əlindəki kağızı burada çalışan səlahiyyətli şəxsə uzadaraq ona 100 min rubl verməyini istəyir. Daha sonra 100 min rublun olduğu çantanı götürərərk buradan uzaqlaşır. Bu hadisədən sonra Stalin daha bir neçə tapşırıqlar verir.
Volf Messinq
Messinq digər hökumətlər tərəfindən pis insan kimi tanınırdı və hər kəs onun ölməsini istəyirdi. Amma Stalin onun öldürülməsinə icazə vermir və onu qorumağı tapşırır. Ölümünə qədər Rusiyada yaşayaraq böyük bir nüfuz qazanan Messinq, 1974-cü ildə vəfat edir.
Volf Messinq