Son bir həftədə Günəşdə ikinci böyük qaranlıq ləkə aşkarlanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, aprelin 1-də bu dəlikdən Yerə tac kütlələrinin çatacağı gözlənilir.
Məlumata görə, bu da güclü geomaqnit qasırğalarına səbəb ola bilər. Həmçinin, dəliyin ekvatorda yerləşməsi qasırğanın daha ağır olmasına gətirib çıxarır.
“Bu dəliyin ekvatorda yerləşməsi mərkəzi meridiandan kənara çıxan kimi tac kütlələrinin Yerə çatacağına işarədir. Bu həftənin cümə günündən şənbəyə keçən gecə həmin tac dəliyindən sürətli küləyin Yerə daxil olmasını gözləyirdik”, - kosmik fizika və iqlim üzrə dosent Daniel Verşaren deyib.
Qeyd edək ki, müşahidə olan dəliyin birincisindən kiçik olduğu bildirilir. Belə ki, onun diametrinin 20 km-dir.