Gəlin toyunda ağlamaqdan ÖLDÜ
09 mart 2021 19:42 (UTC +04:00)

Gəlin toyunda ağlamaqdan ÖLDÜ

Hindistanda gəlin ənənəvi toy mərasimi zamanı uzun müddət ağlayıb və ürək tutması səbəbiylə ölüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin ənənələrinə görə, toy mərasimindən sonra gəlin ev və ailəsi ilə vidalaşdığı bidanı ayinindən keçməlidir. Bir qayda olaraq, bu ritual ağlamaqla müşayiət olunur.

Mərasim zamanı çox ağlayan qız huşunu itirib və xəstəxanaya aparılıb. Lakin həkimlər onu xilas edə bilmədilər - gəlin ürək çatışmazlığından ölüb.

Yerli sakinlərin dediklərinə görə, Hindistanın Odişa ştatından olan qızın stressinə evlənməsindən üç ay əvvəl vəfat edən atasının ölümü də təsir edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3822
avatar

Oxşar yazılar