Fenomen dələ evtanaziya  edildi - İlon Maskdan ABŞ hökumətinə etiraz
04 noyabr 2024 17:28 (UTC +04:00)

Fenomen dələ evtanaziya edildi - İlon Maskdan ABŞ hökumətinə etiraz

Sosial media fenomeni olan Peanut adlı sincabın hekayəsi düz 7 il əvvəl başlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ABŞ-ın Nyu-York şəhərində yaşayan Mark Lonqo ana dələ avtomobilin altında qaldıqdan sonra balasını xilas etsə də, heyvanı verməyə sığınacaq tapa bilməyib. Daha sonra Penaut (Fısdıq) adını verdiyi dələni evdə bəsləməyə başlayıb.

O, bala dələyə sosial media hesabı da açıb, Penautun təkcə İnstaqramda izləyicilərinin sayı 600 mindən çox olub.

Lakin onun izləyiciləri çoxaldıqca dələ ilə bağlı nazirlik rəsmilərinə xəbər verənlərin sayı da artıb. ABŞ qanunlarına görə vəhşi heyvanları təbiətdən götürüb onlara sahib çıxmaq qadağandır.

Mark Lonqo sosial media hesabında onun haqqında məlumat verən saysız-hesabsız insanların olduğunu və qonşularının da vəhşi heyvan saxladığı üçün ondan şikayət etdiyini yazıb.

Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları Longonun evinə gələrək dələni ələ keçiriblər.

Minlərlə insan Penautun geri qaytarılması üçün imza atsa da, rəsmilər dələnin bir məmurun əlini dişlədiyini və quduzluq şübhəsi ilə evtanaziya edildiyini açıqlayıb.

İlon Mask bu məsələyə etirazını bildirən paylaşım edib: Hökumətin evinizə girib ev heyvanınızı öldürməsinə icazə verilməməlidir! Bu pisdir. Ev heyvanı dələ saxlamaq qanunsuz olsa belə (bu olmamalıdır), o canlını meşəyə buraxmaq əvəzinə öldürmək nəyə lazımdır?!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar