Ən gombul ayı yarışması  baş tutmadı - İştirakçılardan biri qəfil öldü
07 oktyabr 2024 16:45 (UTC +04:00)

Ən gombul ayı yarışması baş tutmadı - İştirakçılardan biri qəfil öldü

ABŞ-dakı Katmai Milli Parkı, bir iştirakçının digəri tərəfindən öldürülməsi səbəbi ilə illik "Fat Bear Week" (Ən gombul ayı) yarışmasını təxirə salıb. Müsabiqə oktyabrın 2-də başlamalı idi.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Fat Bear Week üçün hər il Alyaskadan 10-12 qonur ayı seçilir və müsabiqə üçün iki fotoşəkil təqdim edilir.

Sadiq pərəstişkarları yay boyu explore.org saytında canlı kameralar vasitəsilə ayıların uzun qışa hazırlaşmasını izləyirlər. 

Lakin bu il təşkilatçılar səsvermənin başlanmasını təxirə salmalı olublar. Bazar ertəsi iştirakçıların adları açıqlanmayıb. Çünki iki ayı arasında dava olub və onlardan biri ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar