2006-cı ilin sonunda amerikalılar Larry MkDonnell və Jessika Burns münasibətlərini rəsmiləşdiriblər. Nəticədə qeyri-adi evli cütlük olublar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ərlə arvad arasında boy fərqi demək olar ki, 87 santimetr idi.
Bu rəqəmin rekord olduğu ortaya çıxıb. Düzdür, "Ginnesin Rekordlar Kitabı"nın tərtibçiləri bunu yalnız 2024-cü ilin yazında rəsmi olaraq qeyd ediblər.
Larri və Jessikanın sevgi hekayəsi:
Larri və Jessika eyni məktəbə gediblər. Əvvəlcə onlar sadəcə dost idilər. Yetkinləşdikdən sonra oğlan və qız bir-birlərini bəyəndiklərini başa düşüblər. Larri və Jessika 2006-cı ilin yayında görüşməyə başlayıblar və bir neçə ay sonra onlar ər-arvad olublar. Arvadın boyu 177,8, diastrofik cırtdanlıq diaqnozu qoyulan ərinin boyu isə cəmi 91,44 santimetrdir.
Ancaq boydakı böyük fərq Larri və Jessikanın güclü, xoşbəxt evli cütlük yaratmasına mane olmayıb. Onların dörd övladının olduğunu da qeyd etmək lazımdır. Larri MkDonnell və Jessika Burns-MkDonnellin adı bu yaz "Ginnesin Rekordlar Kitabı"na düşüb. Amerikalılar tərəfindən müəyyən edilmiş rekord belə təsvir edilib: "Ən böyük boy fərqi olan evli cütlük - 86,36 santimetr".