Dünyanın homoseksual  liderləri
10 iyun 2024 17:12 (UTC +04:00)

Dünyanın homoseksual liderləri

Son 20 ildə dünyada üçüncü cins insanlar açıq şəkildə seksual oriyentasıyalarını bəyan etdilər. İş bununla da bitmədi, onlar siyasi güc qazandılar və artıq bir çox dövlətlərdə homoseksuallara dəstək məqsədli müxtəlif proqramlar tətbiq olunur. Transgenderlərə açıq-aşkar güzəştlər tətbiq olunur, beynəlxalq tədbirlərdə onların təbliğatı aparılır. Onlar bir çox sahələrdə liderliyi ələ aldılar. Hətta, siyasətdə o qədər irəlilədilər ki, aralarında prezident, baş nazir kimi vəzifələri tutanlar da oldu.

 Lent.az xarici mediaya istinadən dünyanın homoseksual liderləri barədə məlumat verir:

 Edqar Rinkeviç

2023-cü ilin iyulunda Xarici İşlər Nazirliyinin rəhbəri Edqars Rinkeviç Latviya prezidenti oldu. O, Avropa İttifaqında dövlət başçısı seçilən ilk cinsi azlıq idi.

O, “Ölkəmiz bütün növ daxili tərəfdaşlıqlar üçün qanunvericilik bazası yaratmalıdır, mən bunun üçün mübarizə aparacağam” - deyib.

Qabriel Attal

2024-cü il yanvarın 9-da Fransa prezidenti Emmanuel Makron əvvəllər təhsil naziri vəzifəsində çalışmış 34 yaşlı Qabriel Attalı baş nazir təyin edib. Attal Fransa tarixində ən gənc baş nazir və homoseksual oriyentasiyasını gizlətməyən ilk hökumət başçısı olub. İndi bu adam prezidentin İntibah partiyasının rəhbəri Stefan Sejournet ilə vətəndaş nikahındadır.

 Leo Varadkar

İrlandiyanın Baş naziri Leo Varadkar 18 yanvar 2015-ci ildə gey olduğunu açıq şəkildə elan etdi. Məhz o, Konstitusiyanın 34-cü Düzəlişi ilə fəal iştirak edirdi, qanun qəbul edildikdən sonra eynicinsli nikahlar ölkəsində qanuniləşdirildi. 

Jared Polis

ABŞ-ın Kolorado ştatının qubernatoru Jared Polis açıq şəkildə gey olduğunu etiraf edənlərdəndir. O, ABŞ-da vətəndaş hüquqlarının ən fəal müdafiəçilərindən biridir. 

Xavier Bettel

2009-cu ildə Lüksemburq parlamenti eynicinslilərin nikahına icazə verən qanun qəbul edib. Bir il sonra Lüksemburqun baş naziri Xavier Bettel (2023-cü ilin noyabrından Xarici İşlər Naziri) və onun belçikalı  sevgilisi memar Gautier Destenay evləndilər. Bu, Aİ-də vəzifədə olan baş nazirin ilk homoseksual evliliyi idi. “Seksual oriyentasiyanı gizlədən siyasətçiləri başa düşmürəm. Əgər məsuliyyəti öz üzərinə götürməyə hazır deyilsənsə, lider olma”,- o belə deyib.  

Erik Fanninq

ABŞ-ın ordu generalı Erik Fanninq (1968-ci il təvəllüdlü) 2016-2017-ci illərdə ölkənin quru qoşunlarına rəhbərlik edib.

O, baş komandan postuna ABŞ-ın o zamankı prezidenti Barak Obama tərəfindən irəli sürülüb və Senat bu namizədliyi yekdilliklə təsdiqləyib. Fanninq hökumətdə açıq geylərin təmsilçiliyini artırmaq məqsədi daşıyan Gay & Lesbian Victory Fund rəhbərliyinin üzvü idi.

Ana Brnabiç

Serbiyanın “baş naziri” (2017-ci ilin iyun ayından) Ana Brnabiç ölkəsinin ilk qadın baş naziri və bu vəzifəni tutan ilk açıq lezbiyandır. O, həkim Mlisa Djurdzic ilə vətəndaş nikahındadır, çünki ölkədə eynicinsli nikah qadağandır. Keçən ilin fevralında cütlüyün süni mayalanma sayəsində bir oğlu olub.

Anna Qrodskaya


Anna Qrodskaya 1954-cü ildə dünyaya oğlan kimi gəlib. 11 yaşında Kristof Grodski ( adı belə idi) daxilən qız olduğunu başa düşüb. O, Avropa dövlət parlamentinə seçilən ilk açıq transgender qadındır. Transgender insanların hüquqlarını müdafiə etməyə həsr olunmuş Trans-Fuzja Fondunu təsis edib və ona rəhbərlik edir.

Düz 10 il əvvəl, 2010-cu il iyunun 27-də İslandiyada eynicinsli nikah qanunu qüvvəyə minib. Həmin gün bu ölkənin baş naziri, artıq faktiki eynicinsli nikahda olan Yohanna Siqurdardottir rəsmi nikaha daxil oldu və bu, dünyada hökumət başçıları üçün ilk belə hal idi. Onun iki doğma bir övladlığa götürülmüş oğlu var. Yohanna xanım jurnalist xanım Yoninno Leostotiplə evlidir.

Klaus Voverayt

Berlinin keçmiş meri, Almaniya kansleri postuna SPD-nin potensial namizədi kimi vaxtaşırı adı çəkilən Bundesratın keçmiş sədri  Klaus Voverayt da homoseksualdır.
Onun merliyi dövründə (2001-2014) Almaniya paytaxtı Avropada Paris və Londondan sonra ikinci ən çox ziyarət edilən üçüncü şəhər oldu. Berlinin haqqında onun məşhur deyimi dillər əzbəridir - “Kasıb, lakin seksual”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4458
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar