Dünyanın  ən yaşlı pişiyi   öldü
16 sentyabr 2024 00:46 (UTC +04:00)

Dünyanın ən yaşlı pişiyi öldü

Böyük Britaniyada dünyanın ən yaşlı pişiyi 33 yaşında həyata gözlərini yumub.

Lent.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Rozi adlı pişik Norfolk əyalətinin Norviç şəhərində yaşadığı evin dəhlizində ölüb. Onun cansız bədənini sahibi, 73 yaşlı Lila Brissett tapıb. Rozinin 1 iyun 1991-ci ildə dünyaya gəldiyi bildirilir.

Qəzet yazır ki, pişiyin yaşını insanın yaşı ilə müqaisə etsək demək olar ki, o 152 yaşında ölüb.

Məlumatda həmçinin qeyd olunur ki, Ginnesin Rekordlar Kitabının nümayəndəsi 2023-cü ildə pişiyin sahibinə heyvana rəsmi titul təyin etmək üçün ərizə göndərməyi tövsiyə edib, lakin qadın bunu etməyib.

Ginnesin Rekordlar Kitabına görə, hazırda yaşayan ən yaşlı pişik 1995-ci ildə anadan olmuş Böyük Britaniyadan olan 27 yaşlı Flossidir.

Qeyd edək ki, ən uzun ömür sürən pişik 1967-ci ildə anadan olmuş və 38 il üç gün yaşamış ABŞ-ın Texas ştatından olan Krem Puf olub.

2023-cü ilin oktyabrında dünyanın ən yaşlı iti, 31 yaşına qədər yaşamış portuqaliyalı Bobin olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2193
avatar

Oxşar yazılar