Dünyanın ən yaşlı insanı vəfat etdi
27 noyabr 2024 03:59 (UTC +04:00)

Dünyanın ən yaşlı insanı vəfat etdi

Dünyanın ən yaşlı insanı olan 112 yaşındakı Con Tinnisvud İngiltərənin Sautport şəhərindəki qocalar evində dünyasını dəyişib.

Lent.az xəbər verir ki, onun ölümünü Ginnesin Rekordlar Kitabının redaktorları rəsmən təsdiqləyiblər.

Tinnisvud 26 avqust 1912-ci ildə Titanik fəlakətindən bir neçə ay əvvəl Liverpulda anadan olub. İkinci Dünya Müharibəsi zamanı o, maliyyə məsələləri ilə məşğul olduğu Kral Ordu Korpusunda xidmət edib.

Müharibədən sonra Con neft şirkətlərində mühasib işləyib və 60 yaşında təqaüdə çıxıb.

"Cümə günləri müntəzəm olaraq balıq və cips yemək məni gənc saxladı.", - deyən Tinnisvud uzunömürlülüyünün sirrindən danışıb.

Tinnisvud 2024-cü ilin aprelində əvvəlki rekordçu, 114 yaşlı venesuelalı Xuan Visente Peresin ölümündən sonra planetin ən yaşlı adamı olub.

Conun ailəsi onun son gününün sevgi ilə dolu olduğunu qeyd edərək, diqqət və qayğıya görə tibb işçilərinə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336
avatar

Oxşar yazılar