Dünyanın ən varlı insanları günə necə başlayır? - Qeyts, Şults, Obama, Mask...
10 may 2023 12:33 (UTC +04:00)

Dünyanın ən varlı insanları günə necə başlayır? - Qeyts, Şults, Obama, Mask...

Günə başlamaq üçün hər kəsin öz rejimi var. Bəzilərimiz əl-üzünü yumağa tələsdiyi halda, bəzilərimiz su içmədən gözümüzü aça bilmirik. Bir qism insanların isə günə necə başlaması hər kəsə müəmmalıdır. Bunlardan da ən önəmlisi varlı təbəqənin insanlarıdır.

Maraqlıdır bəs, dünyanın ən uğurlu adları günə necə başlayırlar?

Lent.az xarici KİV-ə istinadən onlardan bəzilərini təqdim edir:

Bill Qeyts

Dünyanın en başarılı isimleri güne başlarken ne içiyor?

"Microsoft"un qurucusu Bill Qeyts Amazonun baş direktoru onu keçənə qədər dünyanın ən varlı adamı kimi tanınırdı. 67 yaşlı uğurlu iş adamının səhər ilk içkisi təəccüblüdür: "Light Cola". Qeyts bloqunda da qeyd edir ki, o, gündə 3-4 qutu dietik kola içir.

Hovard Şults 

Dünyanın en başarılı isimleri güne başlarken ne içiyor?

Dünyanın ən uğurlu qəhvə şəbəkələrindən biri olan "Starbucks"ın baş direktoru Hovard Şultsun seçimi o qədər də təəccüblü deyil. Günə 05.30-da başladığını deyən Şults ilk iş olaraq kofe hazırlayır. Şults həmçinin İndoneziya paxlaları ilə qovrulmuş "espresso macchiato" və ya Starbucks filtrli qəhvəsini istehlak edir.

Barak Obama 

Dünyanın en başarılı isimleri güne başlarken ne içiyor?

ABŞ-ın keçmiş prezidenti Barak Obama səhərlər ancaq su, yaşıl çay və portağal suyu qəbul edir. 61 yaşında sağlam görünüşü ilə seçilən keçmiş ABŞ prezidenti qəhvəni nadir hallarda içir.

İlon Mask 

Dünyanın en başarılı isimleri güne başlarken ne içiyor?

"Tesla"nın qurucu CEO-su və dünyanın ikinci ən varlı adamı olan İlon Mask sosial şəbəkələrdəki paylaşımları ilə gündəmi dəyişmək bacarığıyla yanaşı, biznesindəki uğurları ilə də tanınır. Bəs, Maskın bu enerjisi haradan gəlir? Cənubi Afrika əsilli 51 yaşlı iş adamı günə səhər yeməyi ilə başlamır. Çünki o, günə yalnız qəhvə içərək başlayır.

Venus Uilyams 

Tennis: Venus Williams wins a tennis match after 552 days of waiting | Marca

ABŞ-ın əfsanəvi tennisçisi Venus Uilyams günə başlaması ilə "idmançı" adının haqqını verir. Uilyamsın gücünün arxasında onun hər səhər içdiyi "smoothie" dayanır. Uilyamsın səhər "smoothie" tərkibində badam südü, banan, protein tozu və avokado var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2304
avatar

Fidan İlqar

Oxşar yazılar