Dünyanın ən varlı ailələri açıqlanıb.
Lent.az xəbər verir ki, "Bloomberg" dünyanın ən varlı ailələrinin sərvətlərini azaltmadıqlarını, əksinə, səhmlərinin dəyərləndirilməsi səbəbindən daha da artırdıqlarını açıqlayıb. Həmin ailələri təqdim edirik:
Almaniya, Boegringer Von Baumbaç ailəsi
Sərvət: 59,2 milyard dollar
1885-ci ildə Albert Boehringerin qurduğu şirkəti 130 il sonra hələ də ailə idarə edir.
Kanada, Tomson ailəsi
Sərvət: 61.1 milyard dollar
Dünyanın aparıcı xəbər agentliklərindən və maliyyə məlumatları təminatçısından olan şirkətin sahibi Kanadanın ən varlı ailəsidir.
ABŞ, Conson ailəsi
Sərvət: 61,2 milyard dollar
ABŞ-ın ən böyük investisiya broker şirkətlərindən olan “Fidelity”nin qurucusu olan ailə, artan səhmdar investor səbəbiylə bu il 9 mindən çox adamı işə götürməyi planlaşdırır.
Fransa, Verzeimer ailəsi
Sərvət: 61,8 milyard dollar
“Coco Chanel”ə sahib olan ailə, 2020-ci ildə 10 milyard dollardan çox qazanıb.
Hindistan, Ambani ailəsi
Sərvət: 93.7 milyard dollar
“Reliance Industries” şirkətinə sahib olan ailə, bu il diqqətini enerjidən texnologiyaya çevirmək üçün dünyanın ən böyük özəl idarəetmə şirkətlərindən biri olan “KKR”dən bir çox investordan vəsait toplayıb.
Səudiyyə Ərəbistanı, AL Suud ailəsi
Sərvət: 100 milyard dollar
Səudiyyə Ərəbistanı kral ailəsi. Onların sərvəti neft gəlirlərindən əldə edilir.
Fransa, Hermes ailəsi
Sərvət: 111,6 milyard dollar
Dünyanın ən lüks moda şirkətlərindən biridir. Şirkət bir neçə yüz min dollara başa gələ bilən “Birkin” çantaları ilə məşhurdur.
ABŞ, Koç ailəsi
Sərvət: 124.4 milyard dollar
“Koch Industries”in sahibi olan ailənin neftdən enerjiyə qədər bir çox sahəyə sərmayəsi var.
ABŞ, Mars ailəsi
Sərvət: 141.9 milyard dollar
Mars ailəsi “Snickers” şokoladları ilə tanınır. Ailə biznesinin qurucusu Frank Mars bu biznesə 1902-ci ildə konfet satmaqla başlayıb.
ABŞ, Valton ailəsi
Sərvət: 238.2 milyard dollar
ABŞ-ın ən böyük supermarketi olan “Wal-Marta” sahib olan ailə, səhmlərin artmasından istifadə edərək keçən il 6 milyard dollarlıq səhm satıb.