Dünyanın ən uzun qadını Rumeysa Gelginin adı daha 3 məsələyə görə “Ginnesin rekordlar kitabı”na düşüb.
Lent.az xəbər verir ki, Rumeysa dünyada ən böyük ələ, uzun barmaqlara və enli kürəyə sahib olan qadın seçilib.
Məlumata görə, onun əli 24,93, barmaqları 11,2, kürəyi isə 59,9 santimetrdir.
Gelgi bu özəlliklərdən narahat olmadığını bildirib:
“Ümid edirəm ki, mən bu rahatlığımla, özgüvənimlə digər fərqli insanlara da ilham mənbəyi olacam. Hər kəs özünü olduğu kimi qəbul etməli və sevməlidir”.
Qeyd edək ki, Rumeysa Gelginin boyu 2 metr 15 santimetrdir.