Dünyanın ən uzun  taxta körpüsü -   1086 ağac üzərində
19 iyun 2024 19:29 (UTC +04:00)

Dünyanın ən uzun taxta körpüsü - 1086 ağac üzərində

Cənub-Şərqi Asiyada Myanma adlı bir ölkə var. Bu ölkənin ərazisində dünyanın ən uzun taxta körpüsü statusuna malik olan piyada körpüsü mövcuddur.

Lent.az xəbər verir ki, "U bein" adlanan körpü Tauntome gölündən keçən kiçik Amapura şəhərini qonşu kəndlə birləşdirir.

Körpünün uzunluğu təxminən 1200 metrdir.

"U bein" körpüsü haqqında nə məlumdur?

Körpü təkcə uzunluğu ilə deyil, diqqəti cəlb edir. 19-cu əsrin ortalarında tikildiyi üçün kifayət qədər köhnədir. Körpünün tikintisi üçün material kimi tik ağacından istifadə olunub. Məlumdur ki, struktur 1086 tik ağacı üzərində dayanır. Düzdür, onlar beton konstruksiyalarla əvəz olunmağa başlayır. Buna səbəb ağac materialının çürüməsi olub. "U bein" körpüsü yayda yerli əhali arasında məşhurdur. Ancaq qışda Tauntome gölünün quruması səbəbindən maraq azalır.

Bina çoxsaylı turistlərin də marağına səbəb olur. 1,2 kilometr uzunluğunda olmasına baxmayaraq, "U bein" dünyanın ən uzun taxta körpüsü kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilməyib. Nədənsə, kataloq tərtibçiləri bu statusu uzunluğu "cəmi" 900 metr olan Yapon Horai Körpüsünə "mükafat etdilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Fidan İlqar

Oxşar yazılar