Dünyanın ən təmiz havası haradadır? - SİYAHI
24 mart 2022 18:38 (UTC +04:00)

Dünyanın ən təmiz havası haradadır? - SİYAHI

ABŞ-ın Virciniya adaları, Yeni Kaledoniya və Puerto-Riko dünyanın ən təmiz əraziləri seçilib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə CNBC hava təmizləmə sistemlərinin İsveçrə istehsalçısı IQAir-in araşdırmasına istinadən məlumat yayılıb.

Araşdırmanın müəllifləri tənəffüs xəstəlikləri, infarkt, insult və onkologiyaya səbəb ola bilən PM 2.5 mikrohissəcikləri ilə havanın çirklənməsini təhlil ediblər. O, qalıq yanacaqların yandırılması və kənd təsərrüfatı işləri nəticəsində əmələ gəlir.

Virciniya adaları

Təhlil zamanı məlum olub ki, tədqiq edilən 117 ölkədən heç biri üç yerdən fərqli olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına cavab vermir - ABŞ-ın Virciniya adaları, Fransanın dəniz kənarındakı Yeni Kaledoniya ərazisi və Puerto-Riko.

İlk beşliyə Kabo-Verde respublikası və Karib dənizindəki Saba adası düşüb.

Yeni Kaledoniya ərazisi

Numea, Şarlotta-Amaliya, San-Xuan, eləcə də Kanberra və Sent Corces ən təmiz şəhərlər kimi tanınıb.

Mərkəzi və Cənubi Asiya şəhərləri ən pis nəticə göstərib, Banqladeş, Çad, Pakistan, Tacikistan və Hindistan isə keyfiyyətinə görə ən pis havası ölkələr kimi tanınıb.

Puerto-Riko

Ən çirkli şəhərlər Yeni Dehli, Dəkkə, Ndjamena, Düşənbə və Maskatdır. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 4,2 milyon insan havanın çirklənməsi səbəbindən ölür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3177
avatar

Oxşar yazılar