Dünyada heç bir məktəb eyni deyil. Hamısı bir-birindən fərqli xüsusiyyətlərə malikdir. Lakin bu 6 məktəb digər bütün məktəblərdən daha çox fərqlənir.
Lent.az dünyanın ən maraqlı təhsil sistemi və arxitekturasına malik 6 məktəbi təqdim edir:
1) Üzən məktəb / Laqos / Nigeriya
Afrika sahillərində yerləşən üzən məktəb unikal arxitekturaya malikdir. Kiçik yaşlarından burada təhsil almış uşaqların evi olan bu məktəb suyun səviyyəsinin qalxmasına qarşı tədbir məqsədilə tikilib.
Həm sinif otaqları, həm də oyun meydançaları olan bu qeyri-adi üzən məktəb ekstremal hava şəraitində belə 100 uşağı təhlükəsiz şəkildə dəstəkləmək iqtidarındadır.
2) Cube School / Kopenhagen / Danimarka
Bu məktəb nəhəng və çoxşaxəli təhsil sisteminə malikdir və orada 1100-dən çox şagirdi təhsil alır. Dərslər gimnaziya adlanan böyük şüşə kubda keçirilir.
Açıq məkan və “baraban” adlanan rahat oturma yerləri şagirdlərin çeviklik və onların düşüncəyə, yaradıcılığa təşviq edilməsinə istiqamətlənib
3) Ofis Məktəbi / Ohio / ABŞ
Bu məktəbin sinif otağı yoxdur. Əsas otağın içərisində 300 hücrədən ibarət (hər şagird üçün bir) böyük bir ofis var. Hər bir şagirdin öz kompüteri və öz təlim planları vasitəsilə onlara rəhbərlik edən müəllimləri var.
Bu məktəbdə şagirdlər özləri öyrənirlər, yalnız sualları olduğu zaman müəllimlərə müraciət edə bilərlər.
4) Realist Məktəb / Rhode Island / ABŞ
Bu məktəbdə şagirdlər əvvəlcə nəyi sevdiklərini öyrənirlər. Şagirdlərin hansı sahəyə marağı olduğunu tapıb ona istiqamət verməsi üçün müəllimlər seçilir. Gələcəkdə hansı sahədə çalışmaq istəyirlərsə, həmin sahədə çalışan bir şəxslə əlaqələndirilirlər.
Bu o deməkdir ki, şagirdlərə yalnız gələcək karyeralarında həqiqətən ehtiyac duyacaqları şeylər öyrədilir.
Bu tədris strategiyası hazırda ABŞ-da 55 məktəb tərəfindən qəbul edilir.
5) Uşaqlara "Təhlükəli" Şeylər Öyrədilən məktəb / San Fransisko / Kaliforniya
Bu məktəbin müəllimləri valideynlərdən övladlarının etməməli olduqları ən təhlükəli şeyləri soruşur, onları qeyd edir və bun uyğun tədris sistemi hazırlayırlar.
Uşaqlara həmin gün çirklənməyə, odla oynamağa, məişət cihazlarını sökməyə və rəsm çəkməyə icazə verilir.
6) Ən Yaşıl Məktəb / Fransa
Binanın damı və bütün həyətyanı sahələr otla örtülüb. Hesab olunur ki, tozlu sinif otaqlarında oturmaq zərərlidir və şagirdlər təmiz hava almaq üçün mümkün qədər açıq havada vaxt keçirməlidirlər. İsti havalarda sinifdəki şagirdlər birbaşa çəmənlikdə dərs keçirlər.