Dünyanın ən məşhur  inəyi - Niyə "Ginnesin Rekordlar Kitabı"na düşdü?
04 oktyabr 2024 16:31 (UTC +04:00)

Dünyanın ən məşhur inəyi - Niyə "Ginnesin Rekordlar Kitabı"na düşdü?

Dünyanın ən məşhur inəyi "Blosom" adlı Holşteyn cinsinin nümayəndəsidir. O, çox mehriban və həm də çox hündür idi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Blosom dünyada boyu 190 santimetrə çatan yeganə inək kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

2015-ci ilə qədər yer üzündə yaşayan ən hündür inək füsunkar Blosom olub. Sahibi ona yulaf yedizdirir, gündə iki dəfə sağırmış. Nümayəndələr qrupu rekordu qeydə almaq üçün Blosoma baş çəkdikdə, heyvan özünü tamamilə sakit aparıb. Qadın inəyi səkkiz aylıq olanda alıb. Heyvanın böyüməsi doğulanda normadan iki dəfə çox idi.

İnək alındıqdan sonra da böyüməsini dayandırmayıb. Nəticədə qadına "Ginnesin Rekordlar Kitabı"na sorğu göndərməsi deyilib. Məlum olub ki, kitabın nümayəndələri hündür heyvanlara xüsusi hörmətlə yanaşır, onları ən nadir heyvan adlandırırlar. Ancaq 2015-ci ildə inək ayağından aldığı zədə səbəbindən ölüb və bu, həm sahibinin özünü, həm də Rekordlar Kitabının nümayəndələrini çox üzüb.

Blosomdan əvvəl dünyanın ən hündür inəyi 1906-1910-cu illərdə yaşamış Holşteyn-Friz cinsi hesab olunurdu. Onun boyu 188 santimetr idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937
avatar

Fidan İlqar

Oxşar yazılar