Hindistanlı Sebin Saji adlı bir kişi cəmi 1,28 x 1,32 x 1,52 düym ölçüsündə dünyanın ən kiçik paltaryuyan maşınını hazırlayıb.
Lent.az xəbər verir ki, sözügedən paltaryuyan “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Bu rekordu qırmaq üçün Saji paltaryuyan maşınının işlək olduğunu və tam yuma, yaxalama və fırlanma dövrünü tamamlaya bildiyini nümayiş etdirib. Cihazın çəkisi cəmi 0,88 unsiyadır. Bu da kiçik iki “orea” peçenyesindən bir qədər böyük deməkdir.