Dünyanın ən gənc şahmatçısı - 3 yaşı var
09 noyabr 2024 19:47 (UTC +04:00)

Dünyanın ən gənc şahmatçısı - 3 yaşı var

Aniş Sarkar Hindistanın şimal-şərqindəki Kalikut şəhərində yaşayır. Onun üç yaşı var, lakin həmyaşıdlarından fərqli olaraq, ən gənc peşəkar şahmatçıdır.

Lent.az xarici mediaya istinadla bildirir ki, noyabrın 1-də Aniş FİDE-nin şahmatçılar siyahısına daxil edilib. O, 1555 reytinq alıb. Əvvəlki ən gənc şahmatçı 5 yaşlı Texas Tivari idi.

Aniş şahmatla çoxdan tanış olub və oktyabr ayında ilk peşəkar yarışında, 9 yaşa qədər oyunçular üçün “West Bengal Open” turnirində iştirak edib. Yaşına baxmayaraq, performans yaxşı keçib. Oğlan 8 baldan 5,5 xal alıb və artıq reytinqdə olan iki idmançını məğlub edib. Bu, özü də reytinqə düşmək üçün kifayətdir.

Turnir zamanı oğlan hətta indiki hindistanlı qrossmeyster Arjun Erigaisi ilə oyun oynamaq şansı qazanıb.

Bundan sonra Aniş artıq 13 yaşa qədər uşaqlar arasında keçirilən turnirdə daha təcrübəli rəqiblərlə mübarizə aparmağı bacarıb. Uşaq şahmatçının şöhrəti bütün Hindistana yayılıb və onun məşqçisi Dibuendu Baruah deyir ki, Aniş ona 20 yaşında qrossmeyster olmuş ölkənin keçmiş şahmat çempionu Mitrabha Quhanı xatırladır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2700
avatar

Oxşar yazılar