Dünyanın  ən bahalı   FOTOLARI  -Hər kəsi təəccübləndirəcək
24 oktyabr 2024 13:03 (UTC +04:00)

Dünyanın ən bahalı FOTOLARI -Hər kəsi təəccübləndirəcək

Peşəkar fotoqrafların istedadlı əsərlərinin yüksək məbləğlə qiymətləndirilməsi çoxlarını təəccübləndirəcək. Bu cür fotoşəkillər sənət obyektlərinə bərabər tutulur, onların yaradıcılarının istedadı o qədər güclüdür.

Hansı fotoşəkillər dünyada ən qiymətlidir?

Lent.az xarici KİV-ə istinadən onları təqdim edir:

"İnqres skripka"

Bu günə qədər bu fotoşəkil tarixdə ən bahalıdır. Fotoşəkil 20-ci əsrin iyirminci illərinə aiddir. Əsər bir neçə il əvvəl 12,4 milyon dollara satılıb. Bu əsər sənət üçün ikonik sayılır.

"Flatiron"

Bu şəkil 12 milyon dollardan bir az aşağı satılıb (11,8). Maraqlıdır ki, əsərin müəllifi öz işinin ən hörmətli ustalarından biridir. Edvard Steyxen bu şəkli 20-ci əsrin əvvəllərində çəkib.

"Adı açıqlanmayan filmlərdən kadrlar"

Bu iş də çox baha başa gəlir. Şəkil bir neçə il əvvəl demək olar ki, yeddi milyon dollara (6,7) satılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Fidan İlqar

Oxşar yazılar