DÜNYADA İLK!  Zibil dərmana çevrildi
03 dekabr 2022 17:18 (UTC +04:00)

DÜNYADA İLK! Zibil dərmana çevrildi

Kaliforniya Universitetinin alimləri polietilenin təkrar emal edilməsinin innovativ üsulunu yaradıblar.

Lent.az xarici mətbuata istinadla xəbər verir ki, üsul əczaçılıq sənayesində dərman istehsalı üçün sınaqdan keçirilib. Ekspertlər bunun üçün insanlardan Los-Anceles sahilləri ərazisində plastik zibil toplamalarını xahiş ediblər. Xammal supermarketlərdən alınan polietilen torbalar, süd qutuları, qida qabları və digər əşyalar olub.

Sınağın nəticəsində polimerin ilkin kütləsinin 83 faizindən faydalı məhsul əldə etmək mümkün olub. Yəni, lazımlı hissə dərman istehsalı üçün zəruri hesab olunub. Bu, dünyada ilkdir.

Həmçinin alimlər bildiriblər ki, gələcəkdə tullantı və zibillərdən məqsədəuyğun istifadə etmək daha da asanlaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2298
avatar

Nigar Namiq

Oxşar yazılar