Alim dünya üzrə orta temperatur rekordunu insanlar və ekosistemlər üçün ölüm hökmü adlandırıb.
Lent.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Böyük Britaniyanın İmperator Kollecinin Qrantham İqlim Dəyişikliyi və Ətraf Mühit İnstitutunun klimatoloqu Friederike Otto bildirib ki, planetdə orta temperaturun yeni rekordu bəşəriyyət üçün “ölüm hökmü”dür.
ABŞ Milli Ətraf Mühitin Proqnozu Mərkəzinin məlumatına görə, iyulun 3-də qlobal orta temperatur rekord həddə - 17,01°C-ə çatıb. 2016-cı ilin avqustunda qeydə alınan əvvəlki rekord 16,92°C idi. Bunun səbəbi ABŞ-ın cənubu və Çinin isti dalğalarına məruz qalması, Şimali Afrikada temperaturun 50°C-yə yaxınlaşmasıdır.
Mütəxəssislər bu istiləşmənin səbəbinin iqlim dəyişikliyi və ortaya çıxan "El Nino" hava fenomeninin birləşməsidir.
“Bu, qeyd etməli olduğumuz bir mərhələ deyil. Bu, insanlar və ekosistemlər üçün ölüm hökmüdür”, - Friederike Otto bildirib.