Yəqin dəfələrlə, xüsusən Amerika filmlərində dollara baks deyildiyini eşitmisiniz. Bəs nə üçün baks?
Lent.az “Belə yaranıb” rubrikasında bu ifadənin mənşəyi barədə qısa məlumatı təqdim edir.
Bask sözü ingilislərin “Buck” sözündən yaranıb. Mənası maral deməkdir. Amerikaya avropalıların ilk ayaq açdığı dövrlərdə yerli hindularla alış-veriş zamanı avropalılar onlara duz, silah, patron, geyim və s. verir, bunun əvəzində onlardan maral dərisi alırdılar.
Maral dərsi bir növ pulu əvəz edirdi. Amma hər dəri eyni qiymətə deyildi. Məsələn, qışda ovlanan maralın dərisi daha baha, yazda ovlanın dərisi ucuz sayılırdı. Həm avropalılar yalnız maral dərisi deyil, başqa heyvanların da xəzini istəyirdilər. Qunduz, ayı, su siçovulu, tülkü, canavar kimi heyvanların dərisi maral dərisi ilə müqayisə olunurdu. Məsələn, 5 qunduz dərisi bir maral dərisinə, yəni bir baksa bərabər idi. Beləcə, alış-veriş zamanı 1 maralın dərisi, yəni 1 baks əsas götürülməyə başlanmışdı.
Baks sözü tədavül obyekti ilk dəfə 1748-ci ildə, yəni ilk dolların tədavülə buraxılmasından 44 il öncə işlənib.