Diqqət : Meteor yağışının pik tarixi yaxınlaşır
08 avqust 2024 03:29 (UTC +04:00)

Diqqət: Meteor yağışının pik tarixi yaxınlaşır

İldə 8 dəfə baş verən Perseid meteor yağışının pik tarixi yaxınlaşır.

Lent.az xəbər verir ki, avqustun 12-dən 13-ə keçən gecə səmada saatda 100 meteorit görünəcək. Meteoritlər atmosferə saniyədə 59 kilometr sürətlə daxil olacaq və alov toplarına bənzəyəcək.

Qeyd edək ki, meteoritlərin son dərəcə yüksək sürətlə Yer atmosferinə daxil olması və sürtünmə nəticəsində yanması zamanı baş verən ən diqqət çəkən meteor yağışı iyulun 14-də başlayan və sentyabrın 1-dək davam edən Perseid meteor yağışıdır.

Perseidin ən çox görünəcəyi gün isə avqustun 12-dən avqustun 13-nə keçən gecə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519
avatar

Oxşar yazılar