Dinozavrlardan 40 milyon il əvvəl   yaşamış heyvan tapıldı
04 iyul 2024 04:24 (UTC +04:00)

Dinozavrlardan 40 milyon il əvvəl yaşamış heyvan tapıldı

Alimlər müəyyən ediblər ki, salamandra bənzər heyvan dinozavrlardan 40 milyon il əvvəl yaşayıb.

Lent.az xəbər verir ki, “Nature” jurnalında dərc edilən araşdırmaya görə elm adamları təxminən 10 il əvvəl kəşf edilən və 4 fərqli nümunədən götürülmüş kəllə və onurğa sümükləri də daxil olmaqla bəzi qalıqları analiz ediblər.

Tədqiqatçılar Namibiyada tapılan və "Gaiasia jennyae" adlandırılan 280 milyon illik bu canlının başının təxminən 60 santimetr olduğunu müəyyən ediblər.

Elm adamları bu heyvanın bataqlıqların və göllərin dibində yaşadığını təxmin edərək, bu salamandra bənzər canlının ilk dinozavr növündən təxminən 40 milyon il yaşlı olduğunu müəyyən ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3156
avatar

Oxşar yazılar