Dinozavr qalıqları ŞOK QİYMƏTƏ  satıldı 
24 oktyabr 2021 03:24 (UTC +04:00)

Dinozavr qalıqları ŞOK QİYMƏTƏ satıldı 

Parisdə hərraca çıxarılan 66 milyon yaşlı “Big John” ləqəbli dinozavrın start qiyməti 1.5 milyon avro olub.

Lent.az-ın xəbərinə görə, Çox yaxşı vəziyyətdə tapılmış skelet uğrunda 11 iddiaçı mübarizə aparıb.

Əslində satış qiymət 5.5 milyon avroya qədər qalxıb. Dinozavr qalıqlarının yeni sahibi vergi ilə birgə 6.6 milyon avro ödəməlidir.

Skeletin yeni sahibinin sözlərinə görə, o, nadir tapıntını ABŞ-a apararaq öz kolleksiyasına daxil edəcək. 

Qeyd edək ki, fosillərə verilən bu məbləğ rekord hesab edilmir. 

Məlumat üçün bildirək ki, ötən il Nyu-Yorkda T-Rex adlı dinozavr skeleti 32 milyon dollara (vergi xaric) satılmışdı. Bu tip materialları əldə edən şəxslər adətən onları bir müddət sonra paleontologiya və ya təbiət muzeylərinə təhvil verirlər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Oxşar yazılar