Dəvəquşu onunla selfi çəkdirmək istəyən qadının sırğasını uddu
21 aprel 2021 18:49 (UTC +04:00)

Dəvəquşu onunla selfi çəkdirmək istəyən qadının sırğasını uddu

Avstraliyanın Sidney şəhərindəki heyvanxanada dəvəquşu onunla selfi çəkdirmək istəyən ziyarətçilərdən birinin qulağındakı bahalı Tiffany & Co sırğasını udub.
 
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Aşna Ali heyvanxanada gəzişəndə Bert ləqəbli dəvəquşu ilə şəkil çəkdirmək qərarına gəlib. Qadın quşa tərəf əyiləndə Bert onun Tiffany & Co zərgərlik markası olan sırğasını qopararaq udub.

Onun qiyməti 550 Avstraliya dolları qədərində dəyərləndirilir.

Qadının əldə etdiyi fotoşəkillərdə, quşun bir neçə dəqiqə sonra udacaq qiymətli zinət əşyalasına necə baxdığı görünür.

Qadın üzləşdiyi olayla bağlı heyvanxana əməkdaşlarına məlumat verib. Onlar bir həftə sonra gəlib sırğanı götürməsini təklif ediblər.
 
Adı açıqlanmayan heyvanxana əməkdaşına həftə boyu Bertanın nəcisini yoxlamaq tapşırılsa da, itirilən zinət əşyasına rast gəlməyib.

“Quş sözün əsl mənasında sırğanı həzm edib, buna görə də tapılmayıb”, - heyvanxananın əməkdaşı Kris Rivett deyib.

O qeyd edib ki, baş verən bu hadisə dəvəquşunun sağlamlığına təsiretməyib, çünki bu quşlar vəhşi təbiətdə vaxtaşırı daş və digər bərk əşyaları udurlar.

Heyvanxananın nümayəndələri Tiffany şirkəti ilə əlaqə saxlayıblar və udulanın əvəzini yeni sırğa ilə ödəməyə hazırdırlar.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2571
avatar

Oxşar yazılar