Çin Ayın uzaq və görünməyən tərəfindən Yerə ilk torpaq nümunələri gətirməklə bir ilkə imza atıb.
Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə bu, Günəş sisteminin ilkin tarixi haqqında daha çox məlumat verə bilər.
Çinin kosmik gəmisi “Chang'e-6” topladığı nümunələrlə Çinin Daxili Monqolustan Muxtar Vilayətinə enib.
Ayın Cənub Qütbü olan Aitken hövzəsindən qazma yolu ilə toplanmış 2 kiloqrama qədər süxur nümunələri müayinə üçün laboratoriya mühitinə aparılıb.