Çimərliyin tualetində qadınları vieoya çəkənlər  həbs olundu
05 iyul 2024 17:58 (UTC +04:00)

Çimərliyin tualetində qadınları vieoya çəkənlər həbs olundu

İsrailin Herzliya çimərliyində qadın tualetlərinə müşahidə kameraları quraşdırmaqda şübhəli bilinən 22 yaşlı iki kişi həbs edilib.

Lent.az xəbər verir ki, şübhəlilər əldə edilən videomaterialları pornoqrafik saytlara satmaq məqsədi ilə qadın tualetlərinə videokameralar quraşdırıblar.

Məlumata görə, bu həftə ərzində onlarla qadın bu barədə polisə müraciət edib. Hadisə yerinə gələn polislər tualetlərdə quraşdırılmış gizli kameraları aşkar edərək götürüblər. Daha sonra bu kameraları quraşdırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

İstintaq çərçivəsində hüquq-mühafizə orqanları şübhəlilərdən mobil telefonlar, kompüterlər və videogörüntülər də müsadirə edib. İstintaq davam edir. Təl-Əviv məhkəməsi şübhəlilərin həbs müddətini iyulun 4-ə qədər uzadıb.

Hadisəyə cavab olaraq, Herzliya bələdiyyəsi ziyarətçilərin şəxsi həyatını təmin etmək üçün çimərliklər boyu bütün paltardəyişmə otaqlarına və ictimai tualetlərə hərtərəfli yoxlama elan edib. Çimərlik patrulların da gücləndiriləcəyini bildiriblər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2385
avatar

Sevinc Fərid

Oxşar yazılar