Cazibə sadəcə reaksiya və ya emosiya deyil, o, bütün beş hiss orqanını və bir çox psixoloji mexanizmləri əhatə edən çoxşaxəli prosesdir.
Lent.az-ın məlumatına görə, mütəxəssislər cəlbedicilik və onun necə yarandığı barədə danışıblar.
Beyin cəlbediciliyi necə hesablayır?
Biz kiminsə cəlbediciliyini mühakimə edəndə beyin bir sıra mürəkkəb hesablamalar aparır. Bu proses təkcə unikal deyil, həm də instinktlərimizdə və fizioloji reaksiyalarımızda dərin kök salıb.
İlk təəssürat
Görünüş diqqəti çəkən ilk şeydir. Gözəllik standartları mədəniyyətlər arasında dəyişə bilər, lakin sağlam dəri və parlaq saç kimi atributlar davamlı olaraq cəlbediciliklə əlaqələndirilir. Kimisə bəyəndiyimiz zaman şüuraltı zehnimiz digər hisləri aktivləşdirmək üçün həmin insana yaxınlaşmağa meyillidir.
Qoxunun cəlbedici gücü
Burnumuz feromon adlanan kimyəvi siqnallar vasitəsilə cəlbediciliyi dərk etməkdə əsas rol oynayır. Bu siqnallar insanın sağlamlığı və genetik xüsusiyyətləri haqqında məlumat verir. Məsələn, qadının qoxusu menstrual fazasından asılı olaraq dəyişir. Həmin dövrdə kişilərdə testosteron səviyyəsi arta bilər ki, bu da onların qadına diqqətinə təsir edir.
Ritm və tembr
Səslər də cəlbedicilik qavrayışlarına təsir göstərir. Kişilər yüksək səsli qadınları cazibədar hesab edirlər ki, bu da gəncliklə əlaqələndirilir, qadınlar isə dərin səsli kişilərə üstünlük verirlər, çünki bu, güc və inamı göstərir.
Toxunma: təmas simpatiya yaradır
Toxunuş romantik əlaqələrin qurulmasında mühüm amildir. Bu, rahatlıq hissi yaratmağa kömək edir.
Öpüş
İlk öpüş təkcə fiziki qarşılıqlı əlaqə deyil, həm də kimyəvi siqnalların mübadiləsidir. Bu, ya qarşılıqlı cazibəni gücləndirə biləcək mühüm məqamdır.
Beləliklə, cəlbedicilik instinktlərin, fizioloji reaksiyaların və duyğu qavrayışının mürəkkəb birləşməsidir. Təbiətə xas olan bu mexanizm bizə digər insanlarla emosional və fiziki əlaqələr qurmağa kömək edir.