Bu sarımsağı görən  bir daha baxır
10 iyun 2024 14:43 (UTC +04:00)

Bu sarımsağı görən bir daha baxır

Adanada həkimin öz bağçasında hobbi olaraq yetişdirdiyi fil sarımsağı görənləri heyrətə gətirir.

2018-ci ildə Adanada ailə həkimi olan 58 yaşlı Ali Tunaya müəllim dostu 33 yaşlı İdris Temizin əkmək üçün Tailanddan gətirdiyi bir diş fil sarımsağı (Elephant Garlic) verib. 

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Mərkəz Çukurova rayonunda evinin bağçasında sarımsaq əkən Tuna adi sarımsaqdan 3-4 dəfə böyük sarımsaq əldə edib. Bundan sonra Tuna əldə etdiyi sarımsağı yenidən əkib və çoxaldaraq yetişdirməyə davam edib.

Sarımsağın böyüklüyünə görə onu görən dönüb yenidən baxır. 6 ildir əkdiyi sarımsaqdan yüzlərlə toxum əldə edən Tuna bu il 1 hektar sahəni icarəyə götürərək orada əkib. Yüzlərlə kiloqram sarımsaq yığan Əli Tuna bu il yenidən həmin sarımsağı əkib toxumunu çoxaldacaq.

"Ölçüsünə görə bu sarımsaqdan sənayedə istifadə etmək daha məqsədəuyğun olardı. Qabığı çox asanlıqla soyulur. Bu sarımsaq göbələk xəstəliyindən əziyyət çəkmir və yetişdirilərkən heç bir pestisiddən istifadə edilmir. Deyə bilərəm ki, bu təbii sarımsaqdır”, - Tuna söyləyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1446
avatar

Oxşar yazılar