Ədirnənin Bosna kəndində yaşayan Əhməd Qocaya məxsus bir merinos qoyun, iki quzu dünyaya gətirib.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, quzulardan biri boynundan ikisi olmaqla 6 ayaqlı doğulub. Kənd sakini Əhməd Qoca 30 ildir heyvandarlıq ilə məşğul olduğunu və belə bir vəziyyətlə ilk dəfə qarşılaşdığını deyib.
Qoyunun otlaqda otlayarkən quzu dünyaya gətirdiyini söyləyən Qoca bu sözləri əlavə edib: "Çobanımız məni çağırıb otlağa gəlməyimi söylədi. Otlağa gedəndə gördüklərimə çox təəccübləndim. Quzulardan birinin 6 ayağı var idi. Yoldan keçən ailələr də dayanıb quzuya baxdılar. Səhhəti hazırda yaxşıdır. Qardaşı ilə birlikdə böyüyür".
Sahibkar, quzunun artıq ayaqlarının bir neçə ay sonra baytar tərəfindən cərrahiyyə əməliyyatı ilə çıxarılacağını bildirib.