Bu qadın 50 ildir  ancaq su ilə yaşayır
01 dekabr 2023 09:56 (UTC +04:00)

Bu qadın 50 ildir ancaq su ilə yaşayır

Vyetnamlı bir qadın 50 ildir ki, su və sərinləşdirici içkilərlə yaşayır. 

Lent.az xəbər verir ki, 75 yaşlı qadın bununla özünü daha yaxşı və rahat hiss etdiyini açıqlayıb. 

Məlumata görə, 1963-cü ildə dağa qalxarkən onu ildırım vurub. Bundan sonra isə qadın pəhrizinə riayət etməyə başlayıb. Çünki həmin hadisədən sonra huşunu itirən qadın, oyanan zaman heç bir şey yeyə bilməyib. O, ancaq şirin su içərək həyata tutunmağa çalışıb. 

Onun sözlərinə görə, yeməyin qoxusu belə onda ürək bulanmasına səbəb olur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9474
avatar

Sevinc Fərid

Oxşar yazılar