Azərbaycan günlər və fəsillər baxımından kifayət qədər balanslı mövqedə yerləşir. Lakin bəzi ölkələr bu vəziyyətdən bir qədər kənarda qalıb. Belə ki, onların bir çoxunda aylarla günəş ya batmır, ya da heç doğmur.
Lent.az xarici KİV-ə istinadən həmin ölkələri təqdim edir:
İslandiya
Mayın 10-dan iyulun sonuna qədər İslandiyada günəş heç vaxt batmır.
Norveç
Norveç 76 gün ərzində heç vaxt qürub görmür. Parlaq günəş işığı gündə təxminən 20 saat bütün ərazini əhatə edir. Aprelin 10-dan avqustun 23-dək Avropanın ən şimal yaşayış məntəqəsi olan Norveçin Svalbard şəhərində günəş fasiləsiz olaraq parlayır.
Borrov, Alyaska
Alyaskada günəş mayın sonu ilə iyulun sonu arasında heç vaxt batmır.
İsveç
İsveçdə ilin yarısında günəş həmişə başın üstündə olur. Mayın əvvəlindən avqustun sonuna qədər günəş gecə yarısı batır və səhər dörddə yenidən çıxır.
Finlandiya
Minlərlə göl və adalar ölkəsi olan Finlandiyanın əksər bölgələrində günəş 73 gün batmır. Nəticədə bu bölgələrdə insanlar daim günəş işığına məruz qaldıqları üçün yayda az, qışda isə daha çox yatırlar.
Nunavut, Kanada
Nunavut Kanadanın şimal-qərb bölgəsində yerləşir və təxminən iki ay fasiləsiz günəş işığı alır. Amma qışda bu bölgədə bir ay günəş çıxmır.