Bu ölkədə polisə qoyulan saqqal qadağası  ləğv olundu
07 dekabr 2024 08:06 (UTC +04:00)

Bu ölkədə polisə qoyulan saqqal qadağası ləğv olundu

Şotlandiya polisi çoxsaylı şikayətlərdən sonra saqqal və bığ qadağasını ləğv etmək qərarına gəlib.

Lent.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı departamentin nümayəndəsinə istinadən məlumat yayıb.

Şotlandiya Polis Federasiyası (SPF) şikayətlərlə dolub daşdığını açıqlayıb.

Telekanal qeyd edib ki, Şotlandiya polisi saqqal və bığ qadağası ilə bağlı şikayət edən polis məmurlarına ümumilikdə 60 min funt sterlinq ödəyib.

Qeyd edək ki, lkin olaraq bığ və saqqal saxlamağa qadağa 2023-cü ilin mayında qüvvəyə minməli idi. Lakin şikayətlərin çox olması səbəbilə qadağanın tətbiqi təxirə salınıb.

Xatırladaq ki, bu ilin mart ayında Britaniya hərbi qulluqçular üçün saqqal saxlamağa qoyulan 100 illik qadağanı ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785
avatar

Oxşar yazılar