İngiltərə dövləti siqareti tərgitmək istəyənlər üçün maraqlı addım atıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hökumət siqareti atmağa təşviq etmək üçün bir milyon insana elektron siqaretlər paylayacaq.
İngiltərə Səhiyyə Departamenti təxminən hər beş nəfərdən birinə siqareti atmaq üçün elektron siqaret dəsti veriləcəyini deyib.
Hökumət siqaret çəkənlərin sayını 13 faizdən 5 faizə və ya daha azına endirmək istədiyini bildirib. Hətta hamilə qadınlar üçün kuponlar təklif ediləcək.
Qeyd edək ki, alimlər elektron siqaretlərin də zərərli olduğunu və illər keçdikcə ciddi mənfi təsirlərin yaranacağını bildiriblər.