Bu 3 ifadəni kimdən eşitmisiniz? - DƏRHAL SAĞOLLAŞIN!
28 iyun 2024 16:22 (UTC +04:00)

Bu 3 ifadəni kimdən eşitmisiniz? - DƏRHAL SAĞOLLAŞIN!

Xoşagəlməz və təhlükəli insanlarla ünsiyyət dərhal dayandırılmalıdır. Təəssüf ki, bu qaydaya riayət etmək çox da san deyil. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, birincisi, bəzən birlikdə işləmək və ya oxumaq səbəbindən ünsiyyət qaçınılmaz olur.

İkincisi, pis insanlar özlərini dərhal ələ vermirlər. Bununla belə, həmsöhbətin sizə hörmətsizliyini göstərən bir neçə ifadə var. 

Bu sözləri eşitmisiniz? O zaman insanla ünsiyyəti dayandırın.

"Hamısı sənin günahındır!"

Bir insan sizi daim ittiham edirsə (hətta bu, mütləq sizin günahınız olmadığı hallarda belə), onunla ünsiyyət qurmamalısınız. Niyə belə bir həmsöhbətin hörmətsizliyinə dözmək lazımdır ki?!

"Uğur qazana bilməyəcəksiniz!"

Sizə inanmayan və daim uğursuzluğa düçar edən bir insan sosial dairənizdən kənarlaşdırılmalıdır. Səbəb sadədir: söhbət paxıldan və ya nifrət edəndən gedir. Belə tanışlıq yalnız özünə hörmətinizi aşağı salacaq.

"Ona qarşı mənim tərəfimdə olmalısan!"

Həmsöhbət sizə belə bir ultimatum verirsə, dərhal ünsiyyəti dayandırın. Sizi manipulyasiya etmək və başqalarına qarşı qoymaq istəyən bir tanışı qətiliklə istəmirsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4293
avatar

Fidan İlqar

Oxşar yazılar