Bir kiloqram albalı  10 min dollara SATILDI
13 iyun 2024 19:58 (UTC +04:00)

Bir kiloqram albalı 10 min dollara SATILDI

Yaponiyada hərracda bir kiloqram albalı təxminən 10 min dollara satılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Yamaqata prefekturasından bir kiloqram “Higashine Cherry” markalı albalı Tokioda keçirilən hərracda rekord qiymətə – 1,45 milyon yenə (demək olar ki, 10 min dollar, 17 min manata) satılıb.

Bütün Yaponiyada albalı ilə məşhur olan Hiqaşine şəhəri bu giləmeyvələrin ən çoxunu istehsal edir. Şəhər ölçü, rəng və dad baxımından ciddi standartlara cavab verən öz albalı brendini yaradıb. 2023-cü ildə bu çeşidin kiloqramı 50 min yen (320 dollar, təxminən 550 manat) ucuz olub.

Yamaqata prefekturası ənənəvi olaraq Yaponiyanın ən dadlı albalı tədarükçüsü hesab olunur və ölkədə istehsal olunan ümumi giləmeyvə istehsalının 75 faizini təmin edir. Adətən ilk meyvələr yazın sonunda və yayda görünür, lakin çəlləklərdə yetişdirilən və ilin ilk günlərində satışa çıxarılan yeni il çeşidi də var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12177
avatar

Fidan İlqar

Oxşar yazılar