Başqalarına zərər vermədən necə asqırmaq  olar?
25 noyabr 2024 16:28 (UTC +04:00)

Başqalarına zərər vermədən necə asqırmaq olar?

İnsan öskürən zaman ağız və burundan təxminən 3000, asqırarkən isə 40000-ə yaxın maye damcısı çıxır. Bunun qarşısını tamamilə almaq mümkün olmasa da, bu damcıların başqa bir insana düşməsi son dərəcə xoşagəlməz və hətta təhlükəli ola bilər, çünki bu, qrip və COVID-19 daxil olmaqla, bakteriya və virusların ötürülmə yollarından biridir.

Lent.az-ın məlumatına görə, asqırarkən tüpürcək və mikrobların yayılmasını minimuma endirmək üçün sadə qaydalara riayət etmək vacibdir. 

Damcıların və mikrobların yayılmasını dayandırmaq üçün ağzınızı və burnunuzu örtməlisiniz. Bunu necə düzgün etmək olar:

- Başqa insanlardan uzaqlaşmağa və ya üz döndərməyə çalışın.
- Ağzınızı və burnunuzu salfetlə bağlayın və sonra asqırın.
- Salfeti atın və əllərinizi yaxşıca yuyun.

Əlinizdə salfet yoxdursa, ovucunuza deyil, dirsəyinizin qatlanan hissəsinə asqırın. Mikroblar və tüpürcək hələ də səpələnə bilsə də, dirsəkləriniz ətrafdakı əşyalarla və insanlarla əllərinizdən daha az təmasda olur.

Öskürdükdən, asqırdıqdan və ya burnunuzu üfürdükdən sonra mütləq əllərinizi sabunla yuyun və ya antiseptik istifadə edin.

Bir çox insan asqırarkən burnunu əli ilə tutmağa çalışır, lakin bu, mənfi nəticələrə səbəb ola bilər. Asqırma tənəffüs yollarını qıcıqlandırıcı maddələrdən təmizləməyə xidmət edir. Toz burnunuza daxil olarsa, asqırmaq onu çıxarmağa kömək edir. Burnunu tutub içinizdə asqırsanız, toz içəridə qalacaq.

Nadir hallarda bunun yaratdığı təzyiq burun və gözlərdəki qan damarlarına, hətta qulaq pərdələrinə zərər verə bilər. Asqırmağı boğmaq cəhdlərinin xəsarətlə nəticələndiyi hallar olub.

Yanınızda başqa insanlar olmadıqda belə ağzınızı və burnunuzu bağlamaq tövsiyə olunur. Damcılar sağlam insanın təmasda olduğu səthlərə yerləşə bilər ki, bu da infeksiyaya səbəb ola bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513
avatar

Ləman Sərraf

Oxşar yazılar