Bank kartını burada SAXLAMAYIN – Çoxlarının etdiyi  4 səhv
27 may 2024 16:06 (UTC +04:00)

Bank kartını burada SAXLAMAYIN – Çoxlarının etdiyi 4 səhv

Bəzən bank kartlarını hara qoyduğumuza əhəmiyyət vermirik. Ancaq bəzi hallarda bu, plastik kartın zədələnməsinə gətirib çıxarır. Ona görə də diqqətli olmaq lazımdır. 

Lent.az bank kartlarını saxlamamalı olduğumuz 4 yeri təqdim edir: 

İsinən səthlərdə

Bank kartını pəncərəyə və ya mebelə qoymazdan əvvəl səthin isti olmadığına və birbaşa günəş işığına məruz qalmadığına əmin olun. Həddindən artıq istilik plastiki deformasiya edə bilər.

Yeri gəlmişkən, kartlar çox aşağı temperaturda da zədələnə bilər. Bu səbəbdən onları həddindən artıq soyuqda da qoymamağa çalışın.

Bəzi cihazların yanında

Kartı məişət cihazlarının yanına qoymayın. Mikrodalğalı sobalar plastik cihazlar üçün xüsusi təhlükə yaradır. Çünki radiasiya lenti maqnitsizləşdirə bilər.

Açarlarınızla cibinizdə

Bank kartınızı açarları və ya metal əskinasları olan ciblərə qoymayın. Bu kimi şeylər karta ciddi ziyan vura bilər.

Şalvarımın arxa cibi

Bu zaman kartınız oradan asanlıqla düşüb itə bilər. Bundan əlavə, insanlar oturmazdan əvvəl kartı arxa cibdən çıxarmağı unudurlar. Nəticədə kart zədələnə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3282
avatar

Sevinc Fərid

Oxşar yazılar