Tailandın Trat əyalətində bir sadə balıqçının tapdığı maddə onun həyatını dəyişib.
Lent.az xəbər verir ki, balıqçı okean sahilindən 3,4 kq boz ənbər (müşk) tapıb. Balinanın bağırsağında yaranan bu maddə qızıldan daha qiymətlidir. Çünki ətriyyat sənayesində bu maddə olmadan yüksək keyfiyyətli məhsul hazırlamaq mümkün deyil.