Li-2 təyyarəsi
07 avqust 2022 06:15 (UTC +04:00)

Li-2 təyyarəsi

Bakı limanında təyyarənin qanadları qırıldı - 50 İLİN GİZLİNİ necə üzə çıxdı?

LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 26-CI YAZINI TƏQDİM EDİR.

Tarix: 26 aprel 1962-ci il

Bu tarixdə Bakı aeroportunda heç kimin xəsarət almadığı bir təyyarə qəzası baş verdi. Lent.az-ın xəbərinə görə, qəza həm də sosialist respublikanın əsas hava qapısının texniki təchizatının nə qədər primitiv olduğunu göstərdi. 

Sovet arxivlərindən əldə etdiyimiz sənədlərdə göstərilir ki, tormoz sistemi imtina etdiyi üçün Li-2 təyyarəsi maneə ilə toqquşub. Hadisə nəticəsində hava gəmisinin hər 2 qanadının söküləbilən hissələri qopub düşüb. Hadisə sınaq uçuşundan qayıdarkən baş verdiyindən göyərtədə sərnişin olmayıb.  Qəza zamanı xəsarət alan olmayıb.

Lakin təyyarəni təmir etmək də mümkün olmayıb. Nə qədər qəribə səslənsə də, ehtiyat hissələrin və lazımi texnoloji şəraitin yoxluğu təyyarənin təmirini qeyri-mümkün edib. Bizcə, əlavə şərhə ehtiyac yoxdur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3765
avatar

Oxşar yazılar