Avropanın ən izdihamlı  ATTRAKSİONLARI
23 oktyabr 2024 12:37 (UTC +04:00)

Avropanın ən izdihamlı ATTRAKSİONLARI

Fransa və onun paytaxtı Paris ardıcıl olaraq turistlər arasında ən populyar, arzu olunan istirahət yeridir. Buna görə də təəccüblü deyil ki, ölkənin ən məşhur attraksionlarından biri olan Versal sarayı Avropanın ən çox turist axını olan yerlərinin son siyahısına başçılıq edir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, son reytinqə əsasən, hər il təxminən 15 milyon ziyarətçi Kral XIV Lüdovikin və Mari Antuanettanın keçmiş kral iqamətgahını görmək üçün Paris yaxınlığında yerləşən dəbdəbəli saraya axın edir.

Nəticədə, onun məşhur Güzgülər Zalı və geniş bağları tıxaclarla üzləşir - təəccüblü deyil ki, bu turistik məkana 700-dən çox rəy (və ya attraksion haqqında qeyd olunanların 5,81%-i) onun həddən artıq çox olduğunu qeyd edib. Reytinqdə ikinci yeri İslandiyadakı "Blue Lagula" geotermal gölü tutub - ölkəyə uçarkən turistlərin axın etdiyi ilk yer.

Avropanın ən çox izdihamlı yerlərinin üçlüyünü tamamlayan Szeçeni Hamamı – təkcə Budapeştdə deyil, bütün Avropada ən böyük hamam kompleksidir.

Avropanın ən izdihamlı 10 attraksionu:

1. Versal sarayı, Fransa (rəylərin 5,81 faizində izdiham qeyd olunur).

2. Blue Lagoon, İslandiya (5,63 faiz).

3. Szechenyi Bath, Budapeşt, Macarıstan (5,13 faiz).

4. Bran qalası, Rumıniya (4,53 faiz).

5. Plitvice Lakes, Xorvatiya (4,31 faiz).

6. Çarlz körpüsü, Praqa, Çexiya (3,5 faiz).

7. Trevi Fəvvarəsi, Roma, İtaliya (3,34 faiz).

8. Mont Saint Mişel, Fransa (3,26 faiz).

9. Time Out Market, Lissabon, Portuqaliya (2,76 faiz).

10. Müqəddəs Mark meydanı, Venesiya, İtaliya (2,76 faiz).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206
avatar

Fidan İlqar

Oxşar yazılar