Alimlər ideal  qadın fiqurasınun necə göründüyünü kəşf ediblər
18 noyabr 2024 12:26 (UTC +04:00)

Alimlər ideal qadın fiqurasınun necə göründüyünü kəşf ediblər

Alimlər müxtəlif bədən konturlarını tədqiq edərək müəyyən ediblər ki, S formalı qadın bədənləri daha cəlbedicidir.

Lent.az-ın məlumatına görə, Konstanz Universitetinin professoru Ronald Huebner və Emili Sofi Ufken tərəfindən aparılan araşdırma, qadın bədəninin cəlbediciliyinin təkcə bel-kalça nisbəti ilə deyil, həm də fiqurun ümumi hamar əyriləri ilə müəyyən edildiyini deməyə əsas verir. 

İlk təcrübədə iştirakçılara eyni bel-kalça nisbətinə malik qadın fiqurlarının cizgiləri göstərilib. Burada, nəticələr cəlbedicilik nisbətinin 0,7 olduğuna dair məşhur inamı təsdiqləyib. Bu nisbətdə olan rəsmlər daha yüksək cəlbedicilik reytinqi alıb.

İkinci təcrübədə dəyişkənlik elementi əlavə olunaraq bədən formaları müxtəlif əyrilərlə təsvir edilib. Bu fiqurların korset taxan qadınların formalarına bənzər əyri konturları var idi. Bu eksperimentin iştirakçıları, S formalı əyriləri olan bədənlərə üstünlük veriblər.

Bu araşdırma, cəlbedicilik qavrayışlarında vacib olanın təkcə bel-kalça nisbətinin deyil, həm də bədənin ümumi formasının vacib olduğunu göstərir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1449
avatar

Ləman Sərraf

Oxşar yazılar