90  saniyədə xoşbəxt olmağın  YOLU
18 iyul 2025 10:29 (UTC +04:00)

90 saniyədə xoşbəxt olmağın YOLU

Eyni problem üzərində günlərlə, həftələrlə, bəzən isə illərlə stressə düşmək əvəzinə, bu sadə texnikadan istifadə edərək xoşbəxtliyə gedən yolu tapmaq mümkündür. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu metodikani keçmiş Google rəhbəri və xoşbəxtlik üzrə ekspert tövsiyə edir.

"90 saniyə qaydası sizi çox tez bir zamanda daha yaxşı hiss etdirməyə kömək edir", - sahibkar və yazar Mo Qavdat bildirir.

O, özü də onu narahat edən məsələlərlə mübarizə aparmaq üçün bu sadə üsuldan istifadə edir.

Mo Qavdat "Xoşbəxtliyin formulu" adlı kitabında yazır ki, bəzən bir problem - kiçik və ya böyük - beynimizdə ilişib qalır və ondan qurtulmaq çətin olur. Məhz bu hallarda 90 saniyə qaydası kömək edir. Bu üsul, Qavdatın oğlunu planlı əməliyyat zamanı itirdikdən sonra özünü toparlamasına da yardım edib.

“90 saniyə qaydası neyroelmin əsasına dayanır. Elmi olaraq sübut olunub ki, stress və qəzəb hormonları orqanizmdən 90 saniyə ərzində çıxır. Bu o deməkdir ki, bir buçuk dəqiqəlik kəskin emosional vəziyyətdən sonra diqqətimizi başqa yerə yönəltmək imkanımız var. Lakin əksər hallarda biz bunu etmirik. Beynimiz yenidən bizi narahat edən məsələyə qayıdır və stress hormonlarının yenidən ifraz olunmasına səbəb olur. Bu isə sonsuz təkrarlanan bir dövrəyə çevrilə bilər,” – o bildirib.

Amma bu dövrəni qırmaq mümkündür və Qavdat izah edir ki, bunu necə etmək olar. Sadəcə olaraq özünüzə 90 saniyə vaxt verin və problemin dərinliyini tam şəkildə hiss edin. Vaxt bitdikdən sonra isə özünüzdən soruşun:

"İndi nə edəcəm?"

Bu sual adətən diqqəti problemin özündən onun həllinə yönəltməyə kömək edir. Əgər bu da kömək etmirsə, Qavdat başqa bir üsul tövsiyə edir. O yazır ki, bu halda özünə üç sual verir:

1. Həqiqətən də bu baş veribmi?

– Bəzən problem sadəcə bizim təsəvvürümüzdə yaranır və əslində hər şey düşündüyümüzdən daha sadə həll olunur.

2. Əgər bu doğrudursa, problemi həll etmək mümkündürmü?

– Əgər bəli, mümkündürsə, o zaman onu həll etmək lazımdır.

3. Əgər bu problemi həll etmək mümkün deyilsə, mən onu qəbul edə bilərəmmi və buna baxmayaraq, əlimdən gələnin ən yaxşısını etməyə davam edə bilərəmmi?

– Qavdat bunu “qətiyyətli qəbul etmə” adlandırır.

Onun fikrincə, bu yanaşma insanın, istənilən vəziyyətdə belə, xoşbəxt olma ehtimalını artırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar