50 dərəcə şaxtada onlar  neçə çimir, tualetə gedir,   uşaq dünyaya gətirirlər?
01 dekabr 2023 19:11 (UTC +04:00)

50 dərəcə şaxtada onlar neçə çimir, tualetə gedir, uşaq dünyaya gətirirlər?

Şimalda ilin yarıdan çoxu sox soyuq olur. Qışda havanın temperaturu mənfi 50 dərəcəyə düşəndə orada yaşayan insanlar gündəlik məişət qayğılarının öhdəsindən necə gəlirlər? Nensilər, xantlar, çukçalar qış aylarında gigiyenik problemlər yaşayırlarmı? Bu barədə çoxlu şəhər əfsanələri dolaşır, bu nə dərəcədə doğrudur?

Lent.az şimalda yaşayan maral bəsləyənlərin məişəti barədə maraqlı məlumatları təqdim edir.

Keçmişdə şimal xalqları qışda tez-tez çimib soyuqlamamaq üçün özlərini maral yağı ilə yağlayır, qalın paltar geyinib sobanın yanında otururdular. Tərlədikdən sonra bıçaq kimi bir alətlə kiri və yağı bədənlərindən silib ayırır, bədəni yaş dəsmalla silib özlərini çimmiş hesab edirdilər. İndi də çimməyə imkan tapmayanda yaş salfetlərdən və nəm parçalardan istifadə olunur. 

Onlar, adətən yaşadıqları çumun (maral dəriləri ilə örtülmüş çadır evlər) içərisindən pərdə asıb böyük taxta təknə və ya dəmir vannaların içərisində çimirlər. Yəni dünyanın bir çox yerlərində hamamı olmayan bir çox kənd adamları kimi.

Xüsusi tualetləri olmur. Geniş çöllər onlar üçün tualet rolunu oynayır. Əsas məsələ təbii ehtiyacı yerinə yetirdikdən sonra onun üzərini qarla örtməkdir. Buna görə tualet üçün çıxan hər çukçanın əlində mütləq xüsusi dəyənək olur. Əyinlərinə geyindikləri qalın kürklər isə qarın üzərinə oturub tualet ehtiyaclarını ödəyərkən isti çadır rolunu oynayır.

İndi şimal xalqlarının evlərində də paltaryuyan maşınlar var. Qışda kürk geyimlər tez-tez yuyulmur. Qurutmaq isə asandır. Paltarları ya alçaq kol-kosun üzərinə sərirlər, ya da ağacların arasına ip bağlayıb asırlar. Şaxta və külək onların sürətlə qurumasına kömək edir. 

Bəs burada körpələri necə dünyaya gətirilər? Əvvəllər doğum üçün xüsusi çumlar hazırlanır, doğuş prosesinə şamanlar da daxil edilir, pis ruhları qovurdular. İndi isə hamilə qadının doğmasına bir neçə həftə qalmış onu öncədən yaxın şəhər və qəsəbə mərkəzlərinə aparıb xəstəxanaya yerləşdirilər. Anidən kiminsə doğuş sancısı başlayarsa, onun üçün zəng edib helikopter çağırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 66891
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar