2023-də həyata keçirəcəyiniz  YENİ QƏRARLAR
06 yanvar 2023 19:46 (UTC +04:00)

2023-də həyata keçirəcəyiniz YENİ QƏRARLAR

2023-cü ili daha məhsuldar və xoşbəxt sürmək istəyirsinizsə, bəzi qərarlarınızı yenidən gözdən keçirməyiniz lazımdır.

Lent.az ən məşhur Yeni il qərarları təqdim edir:

Az pul xərclə...

Bu il ehtiyaclarınızı bir daha nəzərdən keçirin, lazımsız xərclərdən qaçın.

Özünə baxmağa daha çox vaxt ayır...

Yeni ilə özünüzü sevərək başlayın. Təkcə xüsusi günlərdə deyil, gündəlik həyatınızda da şəxsi qayğınıza laqeyd yanaşmayın.

Yeni dostlar edin...

Hazırkı dostlarınızı çox sevdiyinizə əminik, lakin həyatınıza daxil olan yeni insanlar gözlənilməz şəkildə həyatınıza müsbət yöndə toxuna bilər.

Sevdiklərinlə daha çox vaxt keçir...

Gərgin iş həyatınız və məsuliyyətləriniz sosial həyatınızı məhdudlaşdırmış ola bilər. Ancaq bu il ailəniz və dostlarınızla daha çox vaxt keçirməyə çalışın.

Səfərlər et...

Pandemiya şərtləri və artan maliyyə çətinlikləri səyahət etməyinizi ləngidə bilər. Lakin hətta eyni uzaq şəhərdəki bir dostunuzu ziyarət etmək sizə yaxşı kömək edəcəkdir.

Sağlam qidalanın...

Hər ay, bəlkə də hər gün daha nizamlı və sağlam pəhrizə keçməyi düşünürsünüz. Bu il bunun reallaşması üçün əlinizdən gələni edin.

Pis vərdişdən qaçın...

Ola bilsin ki, siz uzun illərdir siqaret çəkirsiniz və siqareti buraxmaq fikrinə belə gəlmirsiniz. Amma unutmayın ki, heç bir şey üçün heç vaxt gec deyil!

İdmana başla...

Artıq kilolarınızdan xilas olmaq və ya kifayət qədər fit olsanız belə sıx bədənə sahib olmaq istəyirsinizsə, o zaman 2023 sizin ilininiz olsun. İdmana başlayın.

Yox deməyi öyrən...

Başqalarını sevindirmək və incitməmək üçün hər şeyə “hə” deyən günlər geridə qaldı. Bu il yox deməkdən qorxmayın!

Daha çox kitab oxu...

Bu il ola bilsin ki, hamının hər zaman danışdığı o məşhur teleseriala yekun vurmusunuz. Smartfon və televizora ara verin, kitab dünyasına qərq olun.

İctimailəş...

2023-cü ildə evdə oturmaq olmaz! Sevdiklərinizlə daha çox vaxt keçirin. Tədbirlərə gedin, yeməyə çıxın, rəqs edin...

Stressinizi idarə etməyi öyrənin...

Həyat bəzən çox yorucu və stressli ola bilər. Uzun müddət basdırılan narahatlıq və stress həyat keyfiyyətinizə mənfi təsir göstərə bilər.

Aşiq olun...

Məyusluqlarınızı keçmişdə buraxın və yeni sevgilərə yelkən açın. Bəlkə də bu il həyatınızın eşqinə rast gələcəksiniz.

Təxirə salmağı dayandır...

Bu il “bu günün işini sabaha buraxma” vədi sizin həyat şüarınız olsun. Təxirə saldığınız hər şeyi bir-bir həyata keçirin.

Ailənlə daha çox vaxt keçir...

İş və ictimai həyatınız bəzən ailənizə laqeyd yanaşmanıza səbəb olurdu. Bu il bunu dəyişmək və onlarla daha çox vaxt keçirmək üçün əla fürsətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2352
avatar

Fidan İlqar

Oxşar yazılar